...

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Türkiyədə Xocalı faciəsinin anım mərasimi keçirilib

Cəmiyyət Materials 27 Fevral 2014 17:01 (UTC +04:00)
Türkiyədə keçiriləcək Dünya Kuboku və “Antalya O-Days” turnirinə qatılan Azərbaycan yığma komandasının iştirakı ilə Federasiyanın prezidenti Mirəli Kazımovun başçılığı altında yarış mərkəzi olan “Grand Haber Hotel”də Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Türkiyədə Xocalı faciəsinin anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən Türkiyədə Xocalı faciəsinin anım mərasimi keçirilib.

Türkiyədə keçiriləcək səmti müəyyən etmə üzrə Dünya Kuboku və "Antalya O-Days" turnirinə qatılan Azərbaycan yığma komandasının iştirakı ilə Federasiyanın prezidenti Mirəli Kazımovun başçılığı altında yarış mərkəzi olan "Grand Haber Hotel"də Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri giriş sözü ilə açan federasiya prezidenti M.Kazımov öz çıxışında bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardandır və bu soyqırım XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir.

Federasiya Şurasının üzvü Xəyyam Məmmədov Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb.

Tədbirdən sonra Xocalı faciəsi barədə kitablar, disklər və məlumat bukletləri Dünya Kubokuna qatılan xarici idmançılara və federasiya rəsmilərinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti